İtaliya Futbol Federasiyası ölkə liqalarının matçlarında 5 oyunçu dəyişikliyindən istifadəyə icazə verib.
SİA xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Bildirilib ki, komandalar oyunun sürətini azaltmamaq məqsədilə əvəzetməni 3 dəfəyə həyata keçirməli olacaqlar.