Gəncədə dayı bacısı oğlu tərəfindən bıçaqlanıb

5 İyun 2020 22:40 (UTC+04:00)

Gəncədə dayı bacısı oğlu tərəfindən bıçaqlanıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Şahsevərlər küçəsində qeydə alınıb. 1969-cu il təvəllüdlü Vüqar Məmmədov bir neçə bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Yaralı əməliyyat edilib, səhhəti kafidir. Hadisə yerinə hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub. Yaralı şəxsin bacısı oğlu tərəfindən bıçaqlandığı bildirilir.

Hadisəni törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.

Faktla bağlı araşdırma başlanılıb.

İlham Məmmədov