Siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdlərinin qarşısı alınıb FOTO

5 İyun 2020 17:00 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda siqaretin bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar. SİA-ya bu barədə DGK-ya istinadən xəbər verir.

Hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Gömrük baxışı zamanı, Türkiyə Respublikasından gələn "IVECO" markalı avtomobilin salonunda "Leader" markalı 1 800 ədəd, Gürcüstan Respublikasından gələn "DAF" markalı avtomobilin salonunda isə "Marlboro" markalı 9 800 ədəd siqaret aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.