"Cinayət Məcəlləsində sübutların saxtalaşdırılması məsələsinə yenidən baxılmalıdır"

5 İyun 2020 14:00 (UTC+04:00)

“Böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətiimkan tədbiri seçilməməlidir”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, bununla bağlı qanuna dəyişiklik edilməlidir: “Cinayət Məcəlləsində sübutların saxtalaşdırılması məsələsinə yenidən baxılmalıdır. Burada hakimlərin məsuliyyəti nəzərdə tutulmayıb. Məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilməlidir”.