Bakida evdən silah-sursat tapıldı

5 İyun 2020 13:42 (UTC+04:00)

Paytax sakini E.Abdullayevin evindən silah-sursat aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdrəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytax sakini E.Abdullayevin Biləcəri qəsəbəsindəki evindən “WALTER” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.