Bakıda yaşayış binasıdan yanğın

5 İyun 2020 13:31 (UTC+04:00)

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 150 m2 olan mənzilin mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar 16 m2 sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.