Bakıda cibgirlik edən şəxs tutuldu

5 İyun 2020 13:25 (UTC+04:00)

Bakı şəhər sakini Z.Qasımovun pulqabısından 800 manat oğurlamaqda şübhəli bilinən Ş.İsmayılov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.X.Xoyski küçəsində yerləşən mağazada Bakı şəhər sakini Z.Qasımovun pulqabısından 800 manat oğurlamaqda şübhəli bilinən Zəngilan rayon sakini Ş.İsmayılov saxlanılmışdır.