Tərtər iki nəfər bıçaqlandı

5 İyun 2020 13:55 (UTC+04:00)

Tərtər rayonu ərazisində xuliqanlıq zəminində iki nəfərə bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən R.Cəmilli saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 4-də Tərtər rayonu ərazisində Bərdə şəhər sakini R.Cəmillinin xuliqanlıq zəminində Ağcabədi rayon sakinləri R.Muradova və oğluna bıçaq xəsarətləri yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Yaralılara xəstəxanada ilkin tibbi yardım göstərilib.

Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Cəmilli saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.