Ötən ilin büdcəsinin icrasına dair qanun layihəsi qəbul edilib I oxunuşda

5 İyun 2020 13:16 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

SİA-nın məlumatına görə, müzakirələrdən sonra "2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi səsverməyə çıxarılaraq, birinci oxunuşda qəbul edilib.