"Qaz ölkəsi olmağımıza baxmayaraq, qazın qiymətinə qoyulan limit azdır. Əhali qaz pulunu ödəməkdə çətinlik çəkir". SİA-npn xəbərinə görə, bunu Milli Məclisdə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.
Deputat kəndlərdə əhalinin pensiyasını rahat ala bilməsi üçün terminallar qurulmasını da təklif edib: "Həmçinin, kəndlərdə işıq dirəkləri sıradan çıxıb. Uşaq pulu ən ciddi problemlərdəndir. Sosial yardım vermək əvəzinə təsnifat yolu ilə uşaq pulumu bərpa etmək olar".