Bakıda 5 evdən oğurluq edildi

5 İyun 2020 12:43 (UTC+04:00)

Oğurluq etdiyinə görə tutulmuş T.Ələkbərovun daha 5 evdən oğurluq cinayətini törətməsi də müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş T.Ələkbərovun ətrafında Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 5 evdən tikinti alətləri, elektrik naqili, dəmir barmaqlıq və məişət əşyaları oğurlaması da müəyyən edilib.