Maskadan istifadə etməyənlərlə qarşı reydlər başlandı Baş Polis İdarəsi

5 İyun 2020 12:25 (UTC+04:00)

Bakıda polis əməkdaşları tibbi maskadan istifadə ilə bağlı reydlərə başlayıb.

Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları nəqliyyat axınının və əhalinin sıx olduğu yerlərdə, eləcə də qapalı məkanlarda və ictimai nəqliyyatda​ reydlər keçirir, mütləq qaydada tibbi maskadan istifadəni tələb edirlər.

Tələblərə riayət etməyənlər barəsində isə qanunvericiliyə uyğun olaraq inzibati cəza tədbirləri görülür.