Beyləqanda yanğın baş verib

5 İyun 2020 12:33 (UTC+04:00)

Beyləqan rayonunun Şəfəq qəsəbəsində, fermanın ərazisində yığılan 60 ton ot bağlamasının 5 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.