Ağ Evin ətrafı dəmir və beton bariyerlərlə hörülüb

5 İyun 2020 12:01 (UTC+04:00)

ABŞ prezidentinin iqamətgahı olan Ağ Evin ətrafı dəmir və beton bariyerlərlə hörülüb.

SİA-nın məlumatına görə, Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən işgəncə ilə öldürülməsindən sonra ölkə miqyasında baş qaldıran etiraz aksiyalarına qarşı görülən tədbirlər çərçivəsində bu addım atılıb.

Paytaxt Vaşinqtonda etirazların alovu azalsa da, təhlükəsizlik tədbirləri gücləndirilməkdədir.

Buna baxmayaraq Ağ Evin ətrafında pulsuz yemək və içki paylanır. Əlavə olaraq tibbi ləvazimat və dezinfeksiya maddələri verilir.