Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri təsdiqləndi ADLAR

5 İyun 2020 11:41 (UTC+04:00)

Parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

SİA-nın xəbərinə görə, Komissiya üzvləri sırasına aşağıdakı şəxslər daxil edilib:

1. Adil Əliyev 2. Ağazadə Əminə 3. Elşad Mirbəşiroğlu 4. Arzu Nağıyev 5. Səfa Mirzəyev

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.