Yük avtomobili ilə toqquşan “BMW” markalı minik avtomobili yanıb

5 İyun 2020 03:35 (UTC+04:00)

Bakının Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili ilə “BMW” markalı minik avtomobili toqquşub.

SİA FHN-ə istinadən xəbər verir ki, nəticədə “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.