Netanyahu rəsmi olaraq parada dəvət edildi

4 İyun 2020 18:30 (UTC+04:00)

Rusiyanın Təl-Əvivdəki səfirliyi İsrailin Baş naziri Benyamin Netanyahuya iyunun 24-də Moskvada keçiriləcək Zəfər Paradında rəsmi dəvət göndərib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin mətbuat xidmətindən məlumat verilib.

"Səfirlik İsrail tərəfinə B. Netanyahunun bu il 24 iyun Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinin qeyd olunmasına dəvətini çatdırıb. Biz İsrail tərəfdaşlarının rəsmi reaksiyasını gözləyirik", deyə məlumatda bildirilir.