“Birliyə ehtiyacımız var" António Quterres

4 İyun 2020 18:23 (UTC+04:00)

BMT-nin baş katibi António Quterres, koronavirus peyvəndi inkişaf etdirilərkən, dünyanın hər bir insanının əlçatanlığını təmin etməyə çağırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Quterres, bu çağırışı peyvəndə həsr olunan qlobal sammit çərçivəsində bir video mesajı zamanı edib.

Onun sözlərinə görə, COVID-19 səhiyyə sektorundakı ən böyük nəsil böhranıdır. "İndi peyvənd yoxdur. Və onun inkişafı üzərində çalışarkən anlamalı olduğumuz vacib bir dərs var. Peyvəndin özü yetərli deyil. Hər bir insanın peyvəndi əldə etməsini təmin etmək üçün bütün dünyada birliyə ehtiyacımız var", deyə Quterres bildirib.
BMT baş katibi ölkələri üç öhdəlik götürməyə çağırıb.

"Birincisi, COVID-19 peyvəndi almağa davam etmək üçün təhlükəsiz yollar tapmaq, ikincisi, bir sıra digər ilkin tibbi xidmətlər göstərmək üçün peyvənd çatdırılma şəbəkələrindən istifadə etmək, üçüncüsü isə, peyvənd hazır olanda hamının ala biləcəyinə əmin olmaqdır", deyə BMT baş katibi diqqətə çatdırıb.

Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağılı vəiyyəti pandemiya elan edib. ÜST-nin son məlumatına görə, dünyada 6,2 milyondan çox yoluxma hadisəsi aşkarlanıb və demək olar ki, 380 min insan bu xəstəlikdən ölüb.