Xəbər saytlarında işləyənlər ev şəraitində onlayn fəaliyyət göstərə bilərlər

4 İyun 2020 17:43 (UTC+04:00)

Xəbər saytlarında işləyənlərin ev şəraitində onlayn şəkildə fəaliyyət göstərməsi mümkündür. SİA xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Televiziya və radio qurumları işə məhdud sayda əməkdaş cəlb etsinlər. Verilişlərə dəvət ediləcək şəxslər olacaqsa, onlarla müsahibə və reportajlar onlayn şəkildə təşkil olunsun. İstisnalar olarsa, bununla bağlı Operativ Qərargaha müraciət edilməli və xüsusi icazə alınmalıdır”, - deyə R.Bayramlı xüsusi karantin rejimi dövründə qurumların fəaliyyəti barədə danışaraq qeyd edib.