Tam qapanmaların nəticələri nə dərəcədə effektiv ola bilər? TƏBİB

4 İyun 2020 17:51 (UTC+04:00)

"Uzunmüddətli qapanmalar daha ciddi nailiyyətlər əldə etməyə imkan verir. Lakin, sərt karantindən sonra insanların daha çox sərbəst və daha çox qaydaları riayət etməməyə meyilli olduğu müəyyən edilmişdir". Bunu Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in sədri Ramin Bayramlı deyib.

TƏBİB sədri qeyd edib ki, həftə sonları və bayram günlərində tam qapanmaların dünya təcrübəsində müsbət statistikası və effektivliyi mövcuddur: "Bununla bağlı kifayət qədər statistik nəticələr var. Tətbiq edilən qapanmaların nəticələri haqqında məlumatı 7-10 gün sonra xəstəliyin inkubasiya dövrünə əsasən təqdim edə biləcəyik".