Fərdi avtomobili olmayan şəxslər işə necə gedəcək?

4 İyun 2020 17:46 (UTC+04:00)

"İşə getməsi zəruri olan və fəaliyyətinə icazə verilən şəxslərə fərdi avtomobillərindən istifadə edə bilər". Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində TƏBİB sədri Ramin Bayramlı deyib.

O bildirib ki, fərdi avtomobilləri olmayan şəxslərin işə gəlməsi qurumların daxili resursları hesabına həyata keçirilə bilər: "Bu mümkün olmadıqda isə qurum tərəfindən Bakı Nəqliyyat Agentliyinə müraciət edilə bilər".