Daha bir neçə modul tipli xəstəxana fəaliyyətə başlayacaq

4 İyun 2020 17:31 (UTC+04:00)

"Modul xəstəxanalar bizim işimizi daha da səmərəli edir. Növbəti həftələrdə bir neçə modul tipli xəstəxananın da fəaliyyətə başlaması həyata keçiriləcək". Bunu Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, uzun müddətli qapanmaları arzu etmirik: "Vətəndaşlarımızdan xahiş edirik ki, qanunla qəbul edilmiş qaydalara riayət etsinlər. Bu məsələdə həmrəylik nümayiş etdirməyə ehtiyacımız var".