"Vətəndaşlarda hər hansı bir təşviş yoxdur" TƏBİB

4 İyun 2020 17:14 (UTC+04:00)

"Bu gün virusun ikinci dalğasını yaşayırıq demək olmaz. Biz hələ xəstəliyin başlağıcındayıq. Sadəcə onun müxtəlif mərhələlərini yaşayırıq. Bu mərhələni xəstəliklə mübarizədə ikinci mərhələ hesab etmək olar". Bunu Operativ Qərargahın brifinqində TƏBİB sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, bu həftəsonu qapanma tam qapanma olacaq: "Bütün subyektlər qapadılacaq. Müşahidələr göstərir ki, vətəndaşlarda hər hansı bir təşviş yoxdur".