Samtsxe-Cavaxetiyada idarəçilikdən ermənilər narazıdırlar

4 İyun 2020 15:41 (UTC+04:00)

Samtsxe-Cavaxetiya, kommunist nomenklaturasının xüsusilə təyin olunmuş qeyri-köklü rəhbərləri yuxarıdan "rəhbərlik" edərkən gürcülər idarəçilikdən geri qalırdı. Ermənilər isə yerlərdə heç vaxt qalmamışlar. Müxtəlif çirkin fırıldaqçılıqlardan, mənzillərin satışından, gəlirli vəzifələrdən, partiyaya daxil olma anketlərindən və böyük kapitalın toplanmasından sonra Tbilisidə prestijli mənzillər alaraq yenidən nomenklatura vəzifələrinə keçmişlər. Erməni rəhbərləri məhz bu cür idilər, o fərqlə ki onlar hətta daimi yaşayış üçün İrəvana köçərək yüksək vəzifələrdə işləməyə başlamışdılar.

Gürcü çarları və patriarxları Samtsxe-Cavaxetiyanın onların idarəçiliyində olduğunu hesab edərək onu dirçəltmək üçün əllərindən gələni edirdilər. Hazırda bu regionda yerli idarəçiliyin dövlət strukturlarındakı yerli hakimiyyəti azdır. Əsasən Tbilisi erməniləri vəzifədədirlər. Lakin məlumdur ki, yerli insanlar öz tarixlərini, ənənələrini, hüquqlarını və yazılmamış qanunlarını daha yaxşı bilirlər.

Gürcüstanın patriarxı katalikos II İlya Samtsxe-Cavaxetiyada bir neçə dəfə olmuş və orada onun tərəfindən ciddi addımlar atılmışdır: o, Taparavani gölü yaxınlığında ziyarətgah tikdirmiş və ucaltmış; Müqəddəs Ninonun gəlməsinin simvolu kimi "üzüm tənəyindən xaç" qoydurmuş; Safari monastırının yaxınlığındakı bir neçə kənddə mənəvi seminariya yaratmışdır, harda ki bu mümkün idi; o cümlədən kilsələri bərpa etmişdir. O, həmçinin Ahalsıxda mövcud olan Samtsxe-Cavaxetiyanın kilsə-inzibati mərkəzini - yepiskopluğunu möhkəmləndirmişdir. Katolikos - patriarx gürcü əhalisinin mənəvi ənənələrinin bərpası üçün bundan sonra da hər şeyi etməlidir. Gürcüstanın bəzi kəndlərində monastr kilsələri dağıdılmışdır. Onları bərpa etmək üçün bütün qayğılar göstərilmişdir. Yerli əhalinin isə bu baxımdan maddi imkanları yoxdur. Məsələn, faktiki olaraq Ptena kəndində Müqəddəs Georgi kilsəsi dağıdılmışdır. Onun bərpasına isə 90-cı illərdən başlanılmışdır, lakin sonra məlum hallardan sonra bu proses dayandırılmış və bu günə qədər də başa çatmamışdır.

Gürcüstan hökuməti və bütün gürcü xalqı Acarıstan respublikasında yaşayan ekoloji mühacirlərə və yerli gürcü əhalisinə mənəvi dəstək verməlidir. Bu bölgədə sakinlər üçün evlərin tikintisini başa çatdırmaq lazımdır. Müvafiq məktəblər, klublar, kitabxanalar, tibbi ambulatoriyalar, içməli sular və hamamlar isə hələ də yoxdur. Samtsxe-Cavaxetiyada demoqrafik proseslərin tənzimlənməsi yerli hökumətin nəzarəti altında olmalıdır. Gürcüstan və Acarıstan muxtar respublikasının rəhbərliyi Samtsxe-Cavaxetiyada gürcü əhalisinin ekoloji miqrasiyanın əsaslandırılması üçün əllərindən gələni etməlidirlər.

Yenə də Samtsxe-Cavaxetiyaya başqa bölgələrdən gürcü əhalisinin köçürülməsi prosesini davam etdirmək lazımdır. Lakin köçürülənlərin sayı yerli sakinlərin sayından çox olmamalıdır. Cavaxetiyadan getmiş gürcülərin qismən geri qaytarılmasını məqsədəuyğun hesab edirik, əgər dövlətlər lazımi diqqəti və qayğını göstərsələr, bir çox yerli cavaxetiyalılar öz ata-baba yurdlarına məmnuniyyətlə yenidən qayıdarlar.

Cavaxetiyada, əhalisi 1944-cü ildə zorla Okami kəndinə köçürülmüş gürcülərə məxsus tarixi Kilda kəndini bərpa etmək lazımdır. Kildanın əhalisi dəfələrlə Sovet və partiya orqanları qarşısında onların doğma kəndinə qayıtmaları barəsində məsələ qaldırsalar da, onların bu təklifi hər zaman rədd edilmişdir. Kildanın əhalisi isə Okami kəndinə uyğunlaşa bilmədikləri üçün Qamardjveba kəndinə köçmüşlər.

10. Sığınacaqlarda yaşayan Gürcüstanın Cavaxetiya kəndlərinin (Qoqaşeni, Pteni, Çunçxa, Koteliya və s.) sakinləri üçün (250-dən çox ailə) lazımi vəsait ayırmalı və onlar üçün yeni evlər tikilməlidir. Gürcüstan kəndlərinin bərpası - dirçəlişi üçün Gürcüstanın iş adamları, dövlət sənayesi eləcə də özəl şirkətlər tərəfindən sponsorluq edilməlidir. Cavaxetiyanın erməni kəndləri gürcü kəndlərinə nisbətən yaxşı vəziyyətdədir. Kumurdo kəndində “prezident bulağı”nın olması eləcə də erməni məktəblərinə yardımın göstərilməsi təqdirəlayiq hesab olunur. Ancaq ilk növbədə, qeyd etmək lazımdır ki ən ağır vəziyyətdə olan kənd və məktəblər də böyük diqqət tələb edir. Unutmayaq ki Axalkələk rayonunun mərkəzində artıq on illərdir ki gürcü məktəbləri1 dağıdılmış vəziyyətdə qalmaqdadır.

11. Cavaxetiya regionunun gürcü məktəbləri xüsusi diqqət tələb edir çünki belə bir hal təhsillə yanaşı milli gərginliyə də səbəb olan amillərdəndir.

Gürcü məktəblərinə qarşı daşnakların hər bir təxribatçılıq fəaliyyətinin təkrarlanmasına qarşı hökumət tərəfindən sərt reaksiya verilməlidir. 1997-ci ildə milliyyətcə erməni olan təhsil şöbəsinin müdiri heç bir əsası olmadan metodist K. Potsxveraşvilini vəzifəsindən azad etmişdir. Sameba kəndində isə daşnak partiyasının üzvü, kolxoz sədri Tumasyan silahla gürcü müəllimlərini hədələyərək onların dərs2keçmələrinə imkan verməmişdir. Gürcüstanın Cavaxetiyadakı məktəbləri gürcü dilinin və dininin mənbəyidir. Ona görə də islahat ilə əlaqədar olaraq məktəblərin sayı azaldılmamalıdır, əks halda isə bu mütləq gürcü əhalisinin miqrasiyasına səbəb olacaqdır. Biz bu məsələni milli dövlət siyasəti səviyyəsinə qaldırmağın vacib olduğunu qeyd etmək istəyirik.

Gürcüstanın bütün vətəndaşlarının dövlət dilini - gürcü dilini, Gürcüstanın tarixini bilmələri və Gürcüstanın ordusunda xidmət etmələri məcburidir.

1829-1831-ci illərdə Artaan vilayətindən (Veli kəndi) Axalkələk kəndlərinə köçürülmüş gürcü katolikləri (Bavridə, Qulikamidə, Kartikamidə, Turtsxidə, Xulqumoda) xüsusi diqqət tələb edirlər. Onları fransızlar (“ferenq”) adlandırırlar. Onların gürcü soyadları da var: Aslanati (Aslanişvili), İqitxanati (İqitxanaşvili), Eliyan (Eliadze), Berukyan (Berikaşvili), Xutsiyan (Xutsişvili) və s. Bu insanlar lap əvvəldən əminliklə qeyd edirlər ki, gürcü katolikləri heç vaxt mövcud olmamışdır və Gürcüstanda yaşayan bütün katoliklər ermənidirlər. Ona görə də onlar tədricən ermənipərəst olmuşlar. 30-40-cı illərdə onların gənclərinin müəyyən bir hissəsi Axalkələkin orta məktəblərində təhsil alsalar da, bu gün Xulqumo kəndində yaşayan Turxanovlar ailəsinin övladları Gürcüstan məktəbində təhsil alırlar.

1980-ci ilin məlumatına əsasən, Xulqumoda 227 ailə, Kartikada - 440, Bavrada - 276, Turtsxidə-453 olmaqla cəmi 1347 ailə və 6447 səfir var idi.

Nüfuzlu hökumət komissiyası yaradılmalıdır ki, bu komissiya da öz növbəsində sənədlərin və sorğu-sualın əsasında onları gürcü etnosuna qaytaracaqdır. Bu isə həqiqətən də ədalətli və obyektiv bir qərardır.

14. 50-ci illərdə kolxozların genişləndirilməsi və onların bazasında sovxozların yaradılması, Cavaxetiyanın kənd əhalisinin təbii pul ödənişinin dəyişdirilməsi ilə nəticələndi. Aşağı ödəniş isə maddi istehsal sahəsində işçilərin kəskin şəkildə azalmasına səbəb oldu.

Nəticədə, gəncləri yerində saxlamaq mümkün olmadı və yerli gürcü əhalisinin miqrasiyası başladı. Bu vaxt azsaylı gürcü kəndləri (Qoqaşeni, Okami, Azmana, Ptena, Çunçxa və Kotelia) boşalmışdı.

Yerli və Acariyadan köçüb gəlmiş yerlərin möhkəmləndirilməsi üçün iş yerlərinin yaradılmasının - ənənəvi gürcü və sənətkarlıq istehsalının (xalçaların toxunması, metal, taxta və gil məmulatlarının istehsalı) bərpa olunmasının mühüm olduğunu hesab edirik. Gürcü əhalisinin əməyindən yerli xammalın emalı üçün istifadə olunmalıdır (tikinti daşları müəssisəsi, Okamda pemza yataqları və s.). Cavaxetiya tikinti daşları yataqları ilə zəngindir. Məlum hadisələr zamanı fiziki şəxslər daş yataqlarını amansızcasına məhv etmiş və Gürcüstan torpağına böyük ziyan vurmuşlar (der. Çunçxa, Ktena və s.). Üzlük daşlarının böyük bir hissəsi çıxarılmaqla bu gündə ixrac olunur (güman ki Rusiyaya). Müvafiq inzibati və nəzarət qurumları bu işdə qayda-qanun yaratmalıdırlar ki, bu da öz-özlüyündə büdcənin doldurulmasının əhəmiyyətli şəkildə mənbəyi olacaqdır. Kənd təsərrüfatının ənənəvi sahələrinin (heyvandarlıq, taxıl və soya istehsalı, arıçılıq) bərpasına və dirçəlməsinə xüsusi diqqət yetirilməlidir. Gürcüstan kəndlərində kolxozların əsassız şəkildə ləğv edilməsi nəticəsində heyvandarlıq fermaları məhv edilmişdir. Məsələn, 80-ci illərdə Ptena kəndində müasir heyvandarlıq kompleksi tikilmişdir, lakin hazırda isə qarət edilmiş vəziyyətdədir. Sakinlərə ayrılmış torpaq sahələri işlənmir. Təxirəsalınmaz vəzifə kimi Gürcüstan kəndlərində fermer təsərrüfatının bərpası, eləcə də taxılçılıq, bitkiçilik və heyvandarlıq sahəsində icarə formalarının inkişaf etdirilməsinin vacibliyini qeyd etmək istəyirik. Soya bitkilərinin böyük bir inkişafı ilə yerlərdə kiçik yağ istehsalı müəssisələri yaranacaqdır.

Son vaxtlara qədər Axalkələk rayonunda 18 kolxoz və 24 sovxoz, Ninotsminda da isə 24 kolxoz və 5 sovxoz var idi. 1985-1987-ci illərdə Cavaxetiyada istehsal olunan kolxoz və sovxozların məhsulu belə görünürdü: bitkiçilik məhsullarının payı 30%-i, heyvandarlığın payı 70%-i, onların arasında iri buynuzlu mal-qaranın payı isə 60%-dən çox idi.

1990-cı ildə Cavaxetiyada cəmi 82489 ( Ninotsmindada - 40342, Axalkələkdə - 42147) baş iribuynuzlu mal-qara olmuş, bunlardan isə 34939 başı (Ninotsmindada - 16915, Axalkələkdə - 18024 ) inək olmaqla 42.3 faizi təşkil etmişlər.

1986-cı ildə 1976-cı illə müqayisədə Axalkələk rayonundakı ictimai təsərrüfatlarda süd istehsalının, canlı çəkinin artırılması müvafiq olaraq 24,0 və 43,8 faiz, Ninotsminda rayonunda isə 39,7 və 49,4 faiz təşkil etmişdir.

1976-1986-cı illərdə ət istehsalı işində iribuynuzlu mal-qaranın xüsusi çəkisi 68,2-dən 71,8 faizə qədər yüksəlmişdir. Kolxozlardakı bir inəyin orta sağımı 2400 kq-a qədər, sovxozlarda isə - 2000 kiloqram olduğu halda qabaqcıl kolxozlarda bu göstərici 3000-3300 kiloqrama çatmışdır. Bu dövrdə 100 inəkdən 76-80-ə qədər buzov artımı müşahidə olunmuşdur. Yuxarıda qeyd olunan məlumatlar göstərir ki, Cavaxetiyada ət və süd istehsalı sahəsində artım üçün böyük imkanlar var.

Professor O. Maqlaperidzenin hesablamalarına görə, mövcud ehtiyatlardan lazımi qaydada istifadə edilməsi əsasında ictimai təsərrüfatlarda süd istehsalı 2005-ci ilə qədər iki dəfə artacaq, canlı çəkisinin artırılması isə 1,5 dəfə3 artacaq.

Sovet ittifaqı dağılandan sonra bütün Gürcüstanda və Cavaxetiyada çoxlu ictimai təsərrüfatlar talan edilmiş və məhv edilmişdir. Ermənistana böyük miqdarda iribuynuzlu mal-qara gətirilmişdir. Bütün bunlar isə Cavaxetiya əhalisinin sosial problemlərini daha da çətinləşdirmişdir.

Cavaxetiyada sosial infrastrukturun inkişafına böyük diqqət göstərilməlidir. Bizə məlum olan siyasi hallara görə onsuz da zəif olan infrastruktur dağılmış vəziyyətdədir. 1990-cı ilə qədər Ninotsminda rayonunda 91 ticarət obyekti olmuşdur. 39 məktəblərində 5547 uşaq təhsil almış, 32 kəndin rayonlararası rabitəsinin sayı isə yalnız 12 olmuşdur.

Axalkələk rayonunda cəmi 227 ticarət obyekti olmuşdur. Rayonun 64 məktəbində 2079 uşaq oxuyurdu, bu məktəblərdən 9-u gürcü məktəblərindən ibarət idi harda ki 500 şagird təhsil alırdı.

Rayonun yalnız üç kəndindəki 30 xəstəxana yerinin hər birində xəstəxanalar (Alastani, Baraleti, Sulda) var. Kiçik istehsal müəssisələrinin və məişət obyektlərinin sayı 36 olmuşdur. Rayonlararası avtomobil rabitəsi 63 kəndin 51-də olmamışdır. Telefon rabitəsi isə 16 kənddə olmamışdır.

Axalkələk rayonunda rayonlararası kənd yollarının uzunluğu 273 kilometrdən ibarətdir ki onların arasında da 256 kilometr uzunluğu olan yol möhkəmdir, bununla yanaşı isə torpaq yollarının uzunluğu 4,4 km, asfalt yollarının uzunluğu isə 12,6 kilometrdir.

Kəndlərdə ticarət və məişət xidməti məntəqələri fəaliyyət göstərmir.

Ermənistanın nə təbii sərvəti nə də ki dəniz yolu yoxdur. O, faktiki olaraq “blokada” halındadır. Nəzərə alsaq ki, lazımi xammal, enerji resursları, məhsullar, sənaye malları Rusiyadan alınır və bu yükü həyata keçirmək üçün də yeganə yol Gürcüstandır, onda Ermənistanın Gürcüstandakı bu cür marağı aydın olur. Erməni kapitalı Gürcüstana daxil olmağa çalışaraq özəl mülkləri satın almağa çalışır. Amerikada yaşayan ermənilərin Poti limanının səhmdarlığı ilə əlaqədar fəallığı buna əyani şəkildə sübutdur. Hələ Sovet İttifaqı dövründə ermənilərin bir qismi Moskvada yüksək vəzifələrdə olmuş, Batuminin onlara verilməsi məsələsini dəfələrlə qaldırmışlar. Ermənilərin işgüzar dairələri Axalkələk - Batumi dəmir yolunu və s. ələ keçirməyə çalışırlar. Qeyd etmək lazımdır ki, 1997-ci ilin noyabrında Gürcüstanda səfərdə olan Ermənistanın sabiq baş naziri daha sonra isə prezidenti olmuş Robert Koçaryan fikrini bu cür ifadə etmişdir: “Ermənistan dənizə çıxışının olmasında maraqlıdır. Bu, Ermənistan üçün Avropaya yol açır, ona görə də biz bütün imkanları araşdıracağıq, onların arasında isə həm bərə dəmir yolu həm də avtomobil yolları4 var...”.

18. Gürcüstanın kütləvi informasiya vasitələri, məsələn, İlya Çavçavadze, Akakiya Tsereteli, Vaja Pşavela, Yakoba Qoqebaşvili, Arçila Corcadze, İvane Cavaxişvili, Pavle İnqorokva, Gerontiya Kikodze və s. gürcülərin əleyhinə olan Şaxatunyan, Ter-Abramyan, Naxapetyan, Eritsov, Artsrun, Vermişov, Babaxanyan və s. kimilərinə qarşı prinsipial mövqe tutmalıdırlar. Belə bir məqamda prinsipsizlik və əsassız güzəştlər xəyanət sayılır, xüsusən də Gürcüstanın milləti qarşısında böyük bir cinayətdir. Bu cür siyasət erməni ultrasiyasətçilərinin gürcülərin əleyhinə yönəlmiş fəallığına da daha çox kömək edir, Gürcüstan və Ermənistanın isə mehriban qonşuluq münasibətlərinə ciddi ziyan vurur.

Təəssüflər olsun ki bu gündə kilsə və “elmi xadimlər” tərəfindən gürcülərə qarşı nifrət və əsassız ərazi iddiaları, Gürcüstanın tarixinin və mədəniyyətinin saxtalaşdırılması hökm sürməkdədir. Belə bir mərhələdə isə biz əfvsiz şəkildə bu cür şeytani xislətli siyasi qüvvələri ifşa etməliyik.

Xaricdə yaşayan alim M. Sarkisyan fikrini bu cür qeyd etmişdir: “Əsl erməni və əsl gürcü anlamalıdır ki, “xalqın xatirəsi yalnız tarixi hekayələrlə və sənədlərlə məhdudlaşmır.” Xatirə əsrlərlə və minilliklərlə ötürülür. Bu isə erməni və gürcü xalqlarının dostluğunun heç vaxt ləkələnməməsinin sübutudur”.

Yeni nəslin yetişdirilməsi üçün çox əhəmiyyətli olan qədim erməni əlyazmaları eləcə də Kartlidəki həyat, millətlərimizin həyat və mübarizəsinin əsl sənədi və təsdiqidir.

Tarix insana necə dostluq etməyi öyrədir, eləcə də onu göstərir ki ən dəhşətli dəqiqələrdə belə xarici işğalçılara qarşı mübarizənin ən güclü silahı bizim dostluğumuz olmuşdur.

Hazırda isə biz gürcü və erməni xalqlarının ənənəvi dostluğunu və mehriban qonşuluq münasibətlərini daha da inkişaf etdirmək və möhkəmlətmək üçün hər şeyi etməliyik. Ermənilərin ayrı-ayrı şovinist qrupları isə heç vaxt gürcü torpaqları və gürcü mədəniyyəti ilə bağlı əsassız iddialarını irəli sürməməlidirlər.

Belə bir nəticəyə gəlmək olar ki Gürcüstanda ilk növbədə yerli mətbuat orqanları artırılmalı və aktiv şəkildə ermənilərin əleyhinə fəaliyyət göstərməlidirlər. Cavaxetiyada əhalinin maarifləndirilməsi üçün dövlət tərəfindən televiziyada mütəmadi olaraq gürcü dili dərslərinə dair verilişlər təqdim olunmalıdır. Əhalinin tələbinə əsasən məktəblər ixtisaslı gürcü dili müəllimləri ilə təmin edilməlidir. Uşaqlara şüaraltı olaraq erməni ideologiyasının təlqin edilməməsinə görə gürcü əsilli uşaqlar üçün Axalkələkdə ayrıca uşaq bağçaları açılmalıdır. Gürcülərin sosial və maddi vəziyyəti yaxşılaşdırılmalıdır. Axalkələkdəki Rusiya hərbi bazasının qarşısının alınması üçün həll yolları axtarılmalıdır. Cavaxetiyada dayaq məqsədilə milli ziyalıların sayının artırılması üçün elmi - tədqiqat müəssisələri eləcə də ali və xüsusi təhsil ocaqları yaradılmalıdır. Cavaxetiyadakı rəhbər vəzifələrdə və yerli idarəçilikdə gürcülərin sayı ermənilərə nisbətən artırılmalıdır. Gürcüstanın kəndlərindəki dağınıq halda olan kilsələr bərpa olunmalıdır. Acarıstanda çarəsiz vəziyyətdə sığınacaqlarda yaşayan gürcülər və mühacirlər üçün yeni tikilmiş evlər istifadəyə verilməlidir. Kəndlərdə dağınıq vəziyyətdə olan məktəblər təmir olunmalıdır. Gürcüstanın vətəndaşları gürcü dilini bilməli və vətənin müdafiəsi üçün orduda xidmət etməlidirlər. İşçilərin mövcud həyat şəraitinin yaxşılaşdırılması üçün onların əmək haqları artırılmalı, işsizlər üçün isə yeni iş yerləri yaradılmalıdır. İstifadəsiz qalmış torpaqlar sakinlər tərəfindən becərilməlidir, kənd təsərrüfatı - taxılçılıq, bitkiçilik və heyvandarlıq kimi sahələr inkişaf etdirilməlidir. Cavaxetiyadakı sosial infrastruktura diqqət yetirilməli, xəstəxanlar eləcə də ticarət və məişət xidməti məntəqələri yaradılmalıdır. Ninotsmindada və Axalkələkdəki İrəvan dövlət universitetinin, gürcüləri alçaltmağa və Gürcüstanın tarixini saxtalaşdırmaqla bu əraziləri Ermənistanın adına çıxarmağa çalışan erməni professorlarının və alimlərinin təxribatçı fəaliyyətləri ifşa olunmalıdır.

Vahid Ömərov

Fəlsəfə üzrə fəlsəfə doktoru,dosent