Keçmiş məhkum 5 kilo narkotiklə tutuldu

4 İyun 2020 15:42 (UTC+04:00)

Kultivasiya yolu ilə yetişdirilmiş 100 ədəd çətənə kolu və 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında Türkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İ.Əliyevin yardımçı təsərrüfatında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 100 ədəd çətənə kolu və 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.