Kiçik və orta biznesə məsləhət xidmətləri göstərilib

4 İyun 2020 15:08 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xaçmaz KOB İnkişaf Mərkəzində mikro, kiçik və orta sahibkarlar üçün “Korporativ hüquq” mövzusunda fərdi məsləhət xidmətləri təşkil edilib. SİA-nın xəbərinə görə, 2 gün davam edən məsləhət xidmətlərindən əsasən Quba, Xaçmaz və Şabran rayonlarından olan sahibkarlar yararlanıblar. KOB-lara biznes hüququ, işəgötürmənin hüquqi əsasları, MMC-lərin yaradılması üçün elektron müraciət, fərdi sahibkarlıqdan MMC-yə keçid və digər mövzular üzrə məsləhət xidmətləri göstərilib.

Sahibkarların təsərrüfatlarında keçirilən kənd təsərrüfatı (bitkiçilik) üzrə məsləhət xidmətləri çərçivəsində isə KOB-lar meyvə bağlarında torpağın münbitliyi, yüksək məhsuldarlıq üçün müasir əkin və suvarma sistemlərinin tətbiqi, gübrələrdən istifadə kimi məsələlərlə bağlı peşəkar ekspertlərin məsləhətlərini dinləyiblər.