5 iyunda dövlət orqanları və qurumları saat 14:00-dək çalışacaq

4 İyun 2020 14:53 (UTC+04:00)

İyunun 5-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.

SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir.