Lökbatanda oğurlanan "Jiquli" Xırdalanda tapıldı

4 İyun 2020 14:29 (UTC+04:00)

Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakini E.Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 1-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən Bakı şəhər sakini R.Şahverdizadəyə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə 10-cu Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil iyunun 2-də Xırdalan şəhəri ərazisində aşkar edilmiş və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb.