Elmir: “Biz tərəfdə salamatçılıqdır”

4 İyun 2020 14:24 (UTC+04:00)

Keçmiş “Dəyirman” qrupunun üzvü Elmir Amerikanın bir neçə bölgəsində qaradərili şəxsin öldürülməsi ilə başlayan etiraz aksiyalarına görə ailəsindən və ondan narahat olanlar üçün sosial media hesabında məlumat yayıb. SİA-nın məlumatına görə, o, “İnstagram” səhifəsində bu sözləri qeyd edib: “Çox adam narahatdır yazır, zəng edir. Bizdə hər şey yaxşıdır. Mərkəzdə bəzi yerlərdə kütləvi iğtişaşlar var. Allaha şükür ki, biz tərəflərdə salamatçılıqdır. Buna baxmayaraq, 1 həftəlik komendant saatı elan olunub”.

Qeyd edək ki, müğənni 2018-ci ildə “Greencard” qazanaraq ailəsi ilə Amerikaya köçüb.