“Koronavirusa görə bir çox ailələr boşandı, amma...” FOTO

4 İyun 2020 11:24 (UTC+04:00)

Aparıcı Azər Zahid üçüncü dəfə evləndiyi xanımı ilə fotosunu sosial şəbəkədə yayımlayıb. SİA-nın məlumatına görə, aparıcı paylaşımına ilginc sözlər yazıb: “Koronavirus xəstəliyi bir çox ölkələrdə cütlüklərin kütləvi boşanmasına səbəb oldu. Azərbaycanda isə bütün ailələr daha da mehribanlaşdı”.

Qeyd edək ki, A.Zahidin xanımı hazırda hamilədir.