Azərbaycan Premyer Liqasının qalan hissəsinin yeni təqviminində dəyişiklik ola bilər.
SİA xəbər verir ki, ölkə çempionatında şənbə və bazar günlərinə nəzərdə tutulan 21-ci (21 iyun), 24-cü (5 iyul) və 27-ci turların (25 iyul) vaxtlarının dəyişməsi mümkündür.
Nazirlər Kabineti yanında Operativ Qərargahın şənbə və bazar günləri tam küçəyə çıxma qadağası barədə qərar veriləcəyi təqdirdə, Premyer Liqada da şənbə və bazar günlərinə nəzərdə tutulan oyunların vaxtı dəyişdiriləcək.