UEFA "Trabzonspor"u 1 il müddətinə avrokuboklardan kənarlaşdırıb

3 İyun 2020 22:13 (UTC+04:00)

UEFA "Trabzonspor"u 1 il müddətinə avrokuboklardan kənarlaşdırıb.

SİA qurumun saytına istinadən xəbər verir ki, buna Türkiyə klununun maliyyə feyr-pley qaydalarını pozması səbəəb olub.

"Trabzonspor"un 2020/2021 və ya 2021/2022 mövsümlərindən birində UEFA-nın bayrağı altında keçirilən turnirlərə qatıla bilməyəcəyi vurğulanıb.

Qeyd edək ki, "Trabzonspor" hazırda superliqada 26 turdan sonra 53 xalla 1-ci pillədə qərarlaşıb.