"Ayntraxt"dan vacib səfər qələbəsi

4 İyun 2020 01:08 (UTC+04:00)

Almaniya Bundesliqasında XXIV turdan təxirə salınan son oyun keçirilib.

SİA xəbər verir ki, elitanı tərk etmək təhlükəsi yaşayan "Verder" son sıralara düşmək riski olan "Ayntraxt"ı qəbul edib.

Uğursuz mövsüm keçirən iki komandanın Bremendəki qarşılaşması qonaqların üstünlüyü ilə keçib. "Ayntraxt" son yarım saatda 3 cavabsız qol vuraraq böyükhesablı qələbə qazanıb.

Qeyd edək ki, iyunun 5-7-də Bundesliqada XXX turun oyunları keçiriləcək.

Almaniya Bundesliqası
XXIV turdan təxirə salınan oyun
3 iyun
"Verder" - "Ayntraxt" - 0:3
Silva, 61; İlsanker, 81, 90