Bakının Səbail rayonundakı mübahisə iki nəfərin bıçaqlanmsı ilə nəticələnib

4 İyun 2020 00:21 (UTC+04:00)

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə M.Mustafayev küçəsində qeydə alınlb.

"VAZ 2107" markalı avtomobilin içərisində mübahisə düşüb. Mübahisə zamanı 1989-cu il təvəllüdlü Məmmədzadə Bəxtiyar Savalan oğlu və 1967-ci il təvəllüdlü Ağazadə Elxan Kamil oğlu bıçaqlanıb. Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib.