Ölkədə fövqəladə vəziyyət elan ediləcək OPERATİV QƏRARGAH

3 İyun 2020 19:17 (UTC+04:00)

"Yoluxmaların sayının artması ilə əlaqədar ekspert və infeksionistlər tərəfindən Operativ Qərargaha təkliflər daxil olub. Bunlar müzakirə olunur". SİA-nın verdiyi məlumata görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, yoluxmaların artması ilə bağlı cümə günü axşamdan etibarən bazar ertəsi səhərə qədər (saat 17.00 radələrində, saatda sonradan dəyişiklik edilə bilər) ölkənin tam qapadılması və hərəkətin məhdudlaşdırılması həyata keçiriləcək: "Mağazalar bağlanacaq, nəqliyyat və fərdi avtomobillərin hərəkəti dayanacaq. Bununla bağlı hərtərəfli məlumatlar Baş nazirin tərəfindən açıqlanacaq. Detallar və təfərrüatlar məlum olacaq".