"İkinci dalğa dağıdıcı gələ bilər" ÜST rəsmisi

3 İyun 2020 17:09 (UTC+04:00)

“Ölkələrdə məhdudiyyətlər ləğv edildiyinə görə, COVID-19 infeksiyasının yenidən güclənməsi istisna deyil. Lazımi tədbirlər görülməsə, ikinci dalğa dağıdıcı gələ bilər”. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge açıqlayıb.

O bildirib ki, hazırda COVİD-19-la bağlı vəziyyət ilin əvvəlindəkindən yaxşı deyil: “Əlimizdə nə peyvənd dərmanı, nə də müalicə üsulu var. Bu baxımdan koronavirus hələ uzun müddət, ən azı peyvənd tapılanadək bizimlə qalacaq”.