“Milli Qəhrəmanlar unudulmur” adlı virtual söhbət aparılıb

3 İyun 2020 16:55 (UTC+04:00)

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova virtual olaraq oxucular üçün “Milli Qəhrəmanlar unudulmur” adlı söhbət keçirib.

Kitabxanadan SİA-ya bildirilib ki, o, iyunda dünyaya gələn Milli Qəhrəmanlarımız – Zabit Quliyev, Novruz Qurbanov, Faiq Əmirovun, Rövşən Əkbərovun həyatı, onların keçdiyi şücaətli döyüş yolu haqqında məlumat verib.

Virtual söhbət kitabxananın sosial şəbəkələrdəki səhifələrində yerləşdirilib.