Yazıçı Gülzar İbrahimovanın “1001 nağıl kitabı”ndan təqdim olunan ilk HEKAYƏ

3 İyun 2020 15:20 (UTC+04:00)

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası oxuculara virtual xidməti mütəmadi olaraq davam etdirir. SİA-nın məlumatına görə, kitabxana “Kitabxana – koronavirusa YOX deyir!” layihəsini həyata keçirərək insanları mütaliəyə səsləyir.

Yazıçı, şairə, Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, H.Zərdabi mükafatçısı Gülzar İbrahimova kitabxanaya “1001 nağıl kitabı”ndan bir neçə nağıl və hekayələrini təqdim etdi.

M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu “Mən uşaq deyiləm” silsiləsindən olan “Doğrudan da maraqlıdır” hekayəsini sosial şəbəkələrdə paylaşaraq insanları mütaliə etməyə dəvət edir.

Hekayə aşağıdakı linkdə verilib: http://yasamal.cls.az/front/files/libraries/81/documents/930666125.pdf