Son sutka ərzində 8 min 536 nəfər koronavirusa yoluxub - Rusiyada

3 İyun 2020 14:47 (UTC+04:00)

Rusiyada son sutka ərzində 8 min 536 nəfər koronavirusa yoluxub. SİA-nın məlumatına görə, bununla da ölkədə infeksiyaya yoluxanların sayı 432 min 277-yə çatıb.

Son gündə 178 nəfər dünyasını dəyişib və bununla qurbanların sayı 5 min 215-ə yüksəlib.

Ümumilikdə 195 min 957 nəfər xəstəlikdən sağalıb.