Həyətində çətənə yetişdirən Balakən sakini saxlanılıb

3 İyun 2020 14:16 (UTC+04:00)

Balakən rayon sakini A.Babayevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Balakən RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Mahamalar kənd sakini A.Babayevin həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 37 ədəd çətənə kolu aşkar edilərək götürülüb.