Ogurluq etdiyinə görə tutuldu

3 İyun 2020 13:34 (UTC+04:00)

Mingəçevir şəhərində bir neçə oğurluq hadisələrini törətməkdə şübhəli bilinən E.Rüstəmov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri olan 3 nəfərin velosipedlərini, 1 avtomobildən təmir-tikinti alətləri, noutbuk oğurlamaqda, habelə S.Nəsibovun “VAZ-2102” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Rüstəmov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha 3 nəfərin velosipedlərini oğurlaması, habelə E.Şıxıyevin “VAZ-21011” markalı avtomobilini qaçırması da müəyyən edilib.