Nanə İzzətə görə töhmət aldı VİDEO

3 İyun 2020 13:44 (UTC+04:00)

Müğənni İzzət Bağırov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı illər öncə ona görə aparıcı Nanə Ağamalıyevanın töhmət aldığını söyləyib: “Nanə o vaxtlar radioda çalışırdı. “Yaşım yolun yarısı” adlı mahnımı gündə bəlkə 10 dəfə səsləndirirdi. Axırda töhmət aldı. Dedilər ki, ay qız, bəsdir də, bir mahnını efirdə nə qədər verərlər? Axırda dedim ki, Nanə, etmə, elə bilərlər ki, sənə pul verirəm”.