"Sosial məsafənin qorunması və maskadan istifadə çox əhəmiyyətlidir" - Mehmet Ceyhan

3 İyun 2020 10:06 (UTC+04:00)

“Normallaşma prosesində sosial məsafənin qorunması və maskadan istifadə kritik əhəmiyyətə malikdir”. SİA-nın məlumatına görə, bu sözləri Türkiyənin Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəliklərinin şöbə müdiri Mehmet Ceyhan deyib.

NTV-yə normallaşma prosesi ilə bağlı açıqlamalar verən professor bildirib ki, maska taxmaq qətiyyətli şəkildə məcburi olmalıdır: “Maska taxmayanlar üçün sanksiya tətbiq olunması vacibdir. Sosial məsafə yoxdursa, maskanın əhəmiyyəti 10 qat artacaq. Maska istifadə olunmursa, sosial məsafə də yoxdursa, yoluxmada qaçılmaz artım olacaq”.