ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Leon Panetta Türkiyəyə gizli səfər edib

28 Aprel 2011 01:48 (UTC+04:00)

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Leon Panetta Türkiyəyə gizli səfər edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, səfər martın sonunda olub. İdarə rəhbəri türkiyəli həmkarları ilə öncə Suriyada mövcud vəziyyət barəsində danışıqlar aparıb. Danışıqlarda isə Türkiyə tərəfdən kəşfiyyat idarəsinin və baş qərargahın yüksək vəzifəli şəxsləri iştirak edib. Səfər hətta o qədər gizli olub ki, sənədlərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Leon Panetta çox vacib şəxs (VİP) kimi göstərilib.

 

Tərəflər əsasən Liviya və Suriya ölkələrində mövcud vəziyyət fonunda ərəb ölkələrindənki son vəziyyəti, İsrail-Türkiyə arasında yaranmış gərgin münasibəti müzakirə ediblər.