Nuri Şahin zədə səbəbindən mövsümün sonuna qədər meydana çıxa bilməyəcək

3 İyun 2020 06:32 (UTC+04:00)

Almaniyanın "Verder" klubunun futbolçusu Nuri Şahinin zədəsi ciddidir.

SİA xəbər verir ki, bunu komandanın baş məşqçisi Florian Kofeldt yerli mətbuata açıqlamasında deyib. O, 32 yaşlı yarımmüdafiəçinin mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyini bildirib.

Qeyd edək ki, Türkiyə millisinin üzvü bir müddət əvvəl bud nahiyəsindən zədə alıb.