Rusiyanın paytaxtında koronavirusdan ümumilikdə 2685 nəfər ölüb

3 İyun 2020 01:08 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 61 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 61 xəstə dünyasını dəyişib".

Ümumilikdə paytaxtda 2 685 nəfər koronavirusdan ölüb.