İspaniyada sərnişin qatarının avtomobillə toqquşması nəticəsində bir nəfər ölüb

3 İyun 2020 04:17 (UTC+04:00)

İspaniyanın Samora bölgəsində sərnişin qatarı yoluna çıxan avtomobili vurub.

SİA xarici KİV-ə istinadən bildirir ki, zərbənin gücündən lokomativin relsdən çıxması nəticəsində heyət üzvlərindən 2 sürücü yaralanıb, avtomobilin sürücüsü isə ölüb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb edilib.

“Renfe” Dəmir Yolu Şirkəti 108 sərnişinin olduğu vaqonların isə relsdən çıxmadığını bildirib.