Fransada polis zorakılığına qarşı etiraz nümayişi keçirilib

3 İyun 2020 08:55 (UTC+04:00)

ABŞ-da Corc Floyd polis zorakılığının qurbanı olduqdan sonra, ölkəni bürüyən etiraz nümayişləri Fransada Adama Traorenin qətlini yenidən gündəmə gətirib və polis zorakılığına qarşı etiraz dalğası yaradıb.

SİA xəbər verir ki, “Adama Traore haqqında həqiqət” kollektivi tərəfindən planlaşdırılmış dinc yığıncaq, son anda Paris prefekturasının qadağasıdan sonra barıt çəlləyinə çevrilib.

Paris, Lill, Marsel şəhərlərində insanlar polis zorakılığı əleyhinə ayağa qalxıblar. ABŞ-da baş verən hadisənin Parisdəki hadisənin təkrarı olduğu bilirilib. Polis nümayişçilərə qarşı göz yaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, Adama Traore 2016-cı il iyulun 19-da polis tərəfindən saxlanıldıqdan 2 saat sonra Persan kazarmasında müəmmalı şəkildə ölüb.

A.Traorenin ölümündən 4 il keçəndən sonra bu hadisə məhkəmə-tibb ekspertizasının mütəxəssisləri arasında ekspertlər müharibəsinə çevrilib. Exspertizanın bəzi üzvləri ölüm hadisəsində jandarmların günahı olmadığını bildirsələr də, Traorenin ailəsinin istəyi ilə yenidən aparılan ekspertiza onun boğularaq öldüyünü təsdiqləyib. Fransada nümayişlər məhz ekspertizanın nəticəsinin ictimaiyyətə açıqlandığı vaxt başlayıb.