Azərbaycan filmi beynəlxalq festivallarda mükafatlara layiq görülüb

2 İyun 2020 17:34 (UTC+04:00)

Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi beynəlxalq film festivallarında üç kateqoriya (Ən yaxşı bədii film, rejissor və operator işinə görə) üzrə mükafatlara layiq görülüb. SİA-nın məlumatına görə, ekran əsəri bu uğura Yaponiya, İtaliya, İsrail və ABŞ-da keçirilən beynəlxalq festivallarda imza atıb.

Müsabiqələrin nəticəsi COVID-19 pandemiyası il əlaqədar olaraq onlayn formatda elan olunub.

Qeyd edək ki, “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Ekran əsəri 5 qitəni əhatə edən 85 beynəlxalq film festivalda iştirak edərək 45-dən artıq müxtəlif mükafatlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.