Oğurluğa görə tutuldu, başqa cinayətləri də üzə çıxdı

2 İyun 2020 16:20 (UTC+04:00)

Sumqayıt şəhər sakini Y.Zeynallını aldadaraq pulunu almaqda şübhəli bilinən Q.Kərimov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 28-də şəhər sakini Y.Zeynallını aldadaraq 60 manatını almaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş Q.Kərimov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun şəhər ərazisində 3 avtomobildən pul, ətir və tütün məmulatı oğurlaması da müəyyən edilib.